Ay üzlü nigarım, kimə mehman olacaqsan?

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Şeirlər - Hekayələr
10.09.2017 6
Ay üzlü nigarım,kimə mehman olacaqsan?

Bir söylə,kimin şəninə şayan olacaqsan?



Şahlıq çətiri var başın üstündə bu axşam,

Ənbər çətirinlə kimə sultan olacaqsan?



Şəkkər demərəm mən sənə,ondan da şirinsən,

Dilbər,necə bir bəxtəvərə can olacaqsan?



Zülmət gecə,sən nurlu çıraq,bəd gözə gəlmə,

Ey abi-həyat,sən kimə canan olacaqsan?



Getdin,necə bəs tab elesin hicrə Nizami,

O xəstə ikən,sən kimə dərman olacaqsan,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!