Oruc tutanlara

Oruc tutanlara
Şeirlər - Hekayələr
10.09.2017 15
Mən biləni oruc olmur,

Ac qoymaqla sən mədəni.

Gərək oruc tutan kəsin,

Oruc olsun var bədəni.

Gərək sənin gözlərin də

oruc olsun,

Sözlərin də oruc olsun.

Qulağın da,dodağın da

Əllərin də,ayağın da

Oruc tutsun gərək o an.

Ürəyindən pis duyğular-

gəlib keçsə həmin zaman,

Ya dilindən,dodağından

Əgər çıxsa bircə yalan,

Gözlərinlə bir gözələ

Əgər baxsan əyri-əyri,

Bir qramda olmaz xeyri-

O tutduğun orucun.

Oruc o deməkdir ki,

Hər əməlin düz olsun.

Sözün,əlin düz olsun.

İftar olan süfrədə

Halal olsun duz,çörək.

Dediklərim olmasa

O tutduğun orucun,

Batil olubdur demək.

Əməllərin özünə

Qatil olubdur demək.

Oruc tutan bəndələr!

Ay qardaş,ay bacılar-

Məşədilər,hacəlar.

Allahdan arzum budur

Orucunuz sizinçün,

Cənnətə yol eyləsin.

Allah qəbul eyləsin,

Allah qəbul eyləsin.



Şəhriyar Allahyarogluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!