Deməli hələdə Sevirsən məni

Deməli hələdə Sevirsən məni
Şeirlər - Hekayələr
10.09.2017 18
Sənlə ayrılmışıq gör neçə müddət,

Dilin söyləsə də bitib məhəbbət.

Əllərin əlimə qalıbsa həsrət

Deməli hələ də sevirsən məni.

                                    

Məni yox biləndə aglayırsansa,

Üz-üzə gələndə aglayırsansa,

Adım cəkiləndə aglayırsansa,

Deməli hələ də sevirsən məni.



Bütün olanlara tapmırsan cavab,

Buna nə vaxtacan edəcəksən tab?

Sənə bu yoxluğum verirsə əzab

Deməli hələ də sevirsən məni.  



Sevgini gizlətmə, buna çalışma,

Ürək barış deyir, dilin barışma.

Axı darıxırsan...yalan danışma,

Deməli hələ də sevirsən məni.



Xatirələr yada salır dünəni,

Yuxuda görməkdən bezmədin məni?

Xəyalım da rahat buraxmır səni?

Deməli hələ də sevirsən məni.



Hər şeyi bitirən "əlvida" sözün,

Qəlbindən silmədi sevgimin izin.

Bağışla" deməyə gəlməyir üzün,

Deməli hələ də sevirsən məni.



Qəlbində yerimi kimsə almayıb,

Mənli arzuların hələ solmayıb.

Artıq gizlədəsi nəsə qalmayıb,

De: hələ də sevirəm səni...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!