Üzün qalıbsa...

Üzün qalıbsa...
Şeirlər - Hekayələr
10.09.2017 3
Günahın ölçülməz milyonla, minlə

İtirdin hər şeyi sən öz səhvinlə

Hələ ki, danışma sus məni dinlə

Din desəm,dinərsən,sözün qalıbsa



İl keçir yaş üstə yaş gəlir mənə

O sənli günlərim boş gəlir mənə

Hələ ki sənsizlik xoş gəlir mənə

Dön desəm,dönərsən, üzün qalıbsa



Mənimçün bu qədər sıxma özünü

Qayadan-qayaya çaxma özünü

Boş yerə yandırıb yaxma özünü

Yan desəm,yanarsan,közün qalıbsaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!