Daha gecdi, sevmə məni

Daha gecdi, sevmə məni
Şeirlər - Hekayələr
10.09.2017 5
Ömür ötüb, gecikmişəm,

Yoluna çox göz dikmişəm.

Bu ömürdən bezikmişəm,

Daha gecdi, sevmə məni.



Ömrün bir payızı qalıb,

Çoxu gedib, azı qalıb.

Tək sonuncu yazı qalıb,

Daha gecdi, sevmə məni.



Yolum dumana bürünür,

Bu yol çox uzaq görünür.

Ürəyim zəif döyünür,

Daha gecdi,sevmə məni.                                   

  

Xəyalımda yaşamısan,

Ötənlərə qarışmısan.

Sən bu sevgidə çaşmısan,

Daha gecdi, sevmə məni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!