Getmək...

Getmək...
Şeirlər - Hekayələr
10.09.2017 22
Yenə getmək istəyirəm uzaqlara

Nədənsə ayaqlarım getmir beynim hökm etmir

Mən gecikirəm uzaq səfərlərə amma getmək istəyirəm uzaqlara

Qaçaraq getmək buraları tərk etmək tozlu keçmişə səyahət etmək

İnsanları tərk etmək onları silmək əbədiyyatdan, ədəbiyyata çıxmaq

İlk yazılmış roman olmaq yarımçıq oxunuraq atılmaq

Və sonda tənha qalmaq bir neçə sətirlərlə

Düşünərək dərk etmək. Dərk edilərək tərk edilmək

Bir neçə səhifədə tapmaq özünü bəyaz kağızlarda mürəkkəb olmaq

Deyəsən çox gec oldu yenə qaranlıq düşdü ay işığı pəncərimi döyür

Sakit nəfəs kimi otağıma daxil olur başıma sığal çəkir məni oyadır

Artıq getmək vaxtıdır oyan gecikir saatlar məni oyadır sayılı dəqiqələr

Yorunuğam birazda halsızam uzaq səfərə çıxıram mən bugün sonuncuyam

Qapımı döyür küləklər çağlayır şimşəklər kəsibdir nəfəsimi veribdi həvəsimi

Bayırda əsir nifrətlər və bir neçə saxta təbəssümlər əl çalır buludlar

Bura çox qəribdir bura cinlər diyarıdır mənə yer yoxdur

Mənə getmək lazımdır buraları tərk etmək lazımdır

Bir neçə köhnə fotolarıda almalıyam yanıma bəlkə yenidən özümü tapdım o fotolarda

Axı köhnə fotolarda necədə səmimiyyət necədə bihuş edici görkəm var

Bu şəhərləri bəzəyiblər bir neçə rəngli parklarla, boz binalarla

Yenə beynimdə qarışdı fikirlərim tənha ayaq səslərim getmək istəyirəm

Amma heyf gedən saatlarımdı cismim və ruhum yenədə əsir olub bu boz binalara bu rəngli nağıllara…



Müəllif: Anar İsgəndərliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!