Rənglər

Rənglər
Şeirlər - Hekayələr
10.09.2017 4
Yanında əyləşdiyimiz ağaclar

Hələ də yaşıldılar.

Şəkillərdə hələ də

Sarı paltonda qışdasan.

Bu biri şəkildə də

Hələ də yanımdasan.

Mavi rəngli köynəyin

Çəhrayı ayaqqabın

Ahəngidir rənglərin

Albomdakı dünyamın.

Bəlkə də heç gəlməsən

Tanımazdım rəngləri.

Bir də ki sən bilirsən

Rəngi var gedişlərin!?

Kimsə çıxıb gedəndə

2 rəng olur varlığın.

Biri gözün rəngidir,

Biri də ki saçının,.

İndi deyim özümdən

Bir də sənin rəngindən.

Gedişin bir rənglidir

Belə qalıb yadımda:

-Qara!...

-Sadəcə qara!



Müəllif: Amin Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!