Sən, mən və biz

Sən, mən və biz
Şeirlər - Hekayələr
10.09.2017 8
Bir yağış olsaydın rəqs edərdim sənin damcılarınla

Bəlkədə külək olardın nəbzimi tutardım sənin şiddətinlə

Sən günəş tək parlaq ay qədər soyuqsan

Bəlkədə açıq səmada parlayan bir ulduz

Gecələrin sükutu, gündüzlərin nifrətisən

Sən sanki yad planetli gəlmisən qonaq bir neçə saatlıq sətirlərimə

Bəlkədə axtarırsan bəyaz vərəqlərdə bir neçə səmimiyyət

İnan artıq yoxdur qələmimdə səmimiyyət

Səmimiyyət yerinə yazır nifrət

Yenə aylı gecə ulduzlu səma gətirdi buludlu gecə,

sən bir gecəmin boşluğusan səndən yazmaq üçün yenə oyaq qalmalıyam

Yenə əlimdə qələm önümdə vərəq yazıram səndən birazda yorğun hisslərdən,

Qələmim hisslərimin tərçüməçisi yenə dan yeri işıqlanır səni çıxarmalıyam

Qələmimin yazdığı sətirlərdən, yorğun qələmim və bezgin sətirlərim

Üsyan edir gecələrə yenə bu gecə sənsizliyin mübarizəsinə qoymalıyam son

Səni xəyallarımdakı göylərdən endirdim və səni əbədi məhkum etdim

Bu uzun gecələrə və bir neçə səmimi bəyaz vərəqlərə

Amma sən qəddarsan sanki qladiator öldürmək üçün yaşayırsan

Torpağı ləkələdin qəlbimin qanı ilə sən tarixin buraxılmış izi

Nifrətin ikinci adı daha səndən yazmayacam

Axı mən rəssam deyiləm səni əbədiləşdirim axı mən sadəcə

Yorğun hissləri və əzgin ruhları bir neçə cümləyə toxuyan şairəm

Sənin üçün isə ancaq payız fəslinin qəmli melodiyasıyam

İndi isə getməliyəm səni bəyaz vərəqlərdə tərk etməliyəm

Gedən isə tənha ayaq səslərim, güzgünün önündəki monoloqlarım və sifət cizgilərim

Və budur dan yeri işıqlandı hisslərimiz azadlığa çıxdı mən sənsiz, sən mənsiz və biz azadıq.



Müəllif:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!