Əgər

Əgər
Şeirlər - Hekayələr
10.09.2017 22
Əgər istəsən axtarmaq məni.

Gözlərin baxmasın heç uzaqlara.

Sahilə yaxınlaş,o dəniz məni,

Gətirər yanına dalğalarıyla.



Əgər bezmisənsə qaranlığından.

Axtarma bir işıq qurtulmaq üçün.

Şam olub çıxarım qaranlığından.

Yetər ki,sən istə yanaram hər gün.



Əgər ulduzlarla xəyala dalsan.

Təkrar edirsənsə bunu hər gecə,

Ulduza dönməyim müşkül olmasa.

Seyr edərdim səni hər gün gizlicə.



Əger söz tapmasan cümlə qurmağa.

Bir gün lüğətindəki sevgi olardım.

Hər sözə cümlənə bəzək vurmağa.

Mən sevgi olsaydım heç yorulardım?!



Və əgər bir gün nəğmə dinləsən.

O gözəl gözündən gəlsə damlalar.

Başını qoymağa bir çiyin gəzsən.

Unutma,səninçün burda biri var.



Müəllif: Amin Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!