Gecələrə

Gecələrə
Şeirlər - Hekayələr
10.09.2017 21
Qəddar bir şairin qələmindəyik.

Hər şeir

Doğumla başlayıb ölümlə bitir.

Elə…O "alın yazısı” dedikləri də

Şairin yazdığı lənətli şeir.

Bir əlin yazdığı bədbin misranı,

Min əl toplansa da silinə bilmir.

Qaralama dəftəri elə bil Dünya.

Əsas şeirlər üçün yoxlanış yeri.

Toplanış yerimiz səhifə altı,

Kim olduğumuz da sətirin altı.

Gecələr,gündüzlər dava-dalaşda.

Gündüzü yazıblar aldatmaq üçün.

Gecələr danışır dinləsən əgər,

Danışır,söyləyir həqiqətləri.

Həqiqət qorxudur bu acizləri.

Gecəni qoyub gündüzə qaçan,

Deməki qorxuram qaranlığından.

Söylə sətir altında həqiqət yatır.

Gecələr şairlər şeirlər yazır.

Onunçün acizlər qorxduğu zaman,

Limandan uzağa yelkənlər açır.

Gecə sətir altı anlayanlara

Sakitlik,tənhalıq,kədər yoldaşı.

Bunlardan qorxaraq acizlər qaçır.

Gecəni qoyub gündüzə qaçan,

Hara qaçırsan sonundan axı?

Nə qədər qaçacan həqiqətindən?

Səhifə altında öz zirzəmindən?

Qaçsan da,qalsan da tək həqiqəti

Sətir altında yatır Dünyanın.

Bir gün tam ortasında şirin röyanın,

Gecə ağuşuna qovuşacaqsan.

Zülmət qaranlıqlarla boğuşaraq sən.

Səhifə altına gömüləcəksən.



Müəllif: Amin Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!