Öz səhvim

Öz səhvim
Şeirlər - Hekayələr
10.09.2017 10
Sən getdin, yağışlar yağdı ömrümə,

Mələklər gözyaşı verdi gözümə

Ürək də baxmadı daha sözümə

Çarəsiz qalmışam, indi nə edim?

Burada qalım mı, yoxsa ki, gedim?



Mİn cürə suallar gəzir beynimdə,

Şəkilin dolaşır hələ əlimdə

Yerin də qalıbdır, bil ürəyimdə.

Daha ümidsizəm, amma nə edim?

Bir ümid hələ də mən səni sevim?



Həyatım hər bir gün zəhərdir onsuz,

Bəxtim də düz gəlmir, olub uğursuz.

Dayanın nə olar, məni yorursuz.

Bax budur, yoruldum, indi nə edim?

Yenə də birtəhər yaşayım gedim?



Yaşamaq çətindir, dözmək çətindi,

Sus Əhəd, bu daha son şeirindi

Özün heç bilmirsən günahkar kimdi

Və daha soruşma, indi nə edim,

Çəkdiyin hər əzab sənin səhvindi!



Müəllif: Əhəd Əhədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!