Yoxluğun ağladır gözümü qayıt!

Yoxluğun ağladır gözümü qayıt!
Şeirlər - Hekayələr
10.09.2017 12
Sənsiz ağlamısam,gülməmisəm ki

Qalıbdı izləri,silməmis əmki

Deyirdin ağlama,ölməmisəmki

Yoxluğun ağladır gözümü qayıt!



Daha deyiləcək sözüm qalmayıb

Bəlkə həyatında izim qalmayıb

Taqətim qalmayıb,dözüm qalmayıb

Əlim qucağlayır dizimi qayıt!

Yoxluğun ağladır gözümü qayıt!



Gəl apar sacımnan dəni,sevgilim

Ürəyim istiyir səni,sevgilim

Sənsizlik öldürür məni,sevgilim

Qalmayıb ürəyin dözümü qayıt!

Yoxluğun ağladır gözümü qayıt!



Sevgimiz yadına,düşsə ne vaxtsa

Həmin o mahnını,dinlə nə vaxtsa

Həyatdı olarda,bəlkə nə vaxtsa

Hardansa esitsən sözümü,qayıt

Yoxluğun ağladır gözümü qayıt!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!