Həyatın mənası yox, Yaşamaq heçdir, Gülüm!

Həyatın mənası yox, Yaşamaq heçdir, Gülüm!
Şeirlər - Hekayələr
10.09.2017 8
Ürək, o ürək deyil,

çırpınıb, gecə-gündüz

darıxardı, səninçün...

Sanki, heç döyünməyir,

duymayır bu həyatı.

Dünyanın axarında,

dəyərək, daşdan-daşa,

Elə, biganələşib;

unudub, bu həyatı...

Köksümdə "ürək yeri”

boş qalıb, inan mənə...

Adidən-adi duyğu,

tərk eləyib qəlbimi,

Heç nəyə ehtiyac yox,

Hər şeyə etinasız,

"ROBOT”-a çevrilmişəm...

Həyat özü mənasız,

Dünya boş bir, əyləncə.

Sən də yaddan çıxmısan,

Sənin məhəbbətin də...

Hardan alım o, günü;

geri dönməz keçmişi?

Görüşə tələsərdim,

HƏSRƏTİNLƏ YAŞARDIM,

Səni az-az görərdim,

Xəyalla danışardım...

Həmişə birgə idik;

sırada, iş başında,

oxuyanda, yazanda...

Oxuyanda sətirlər,

Yazanda dərt olardın.

Yatmaq üçün yatağıma girəndə,

Heykəl olub başımın, üstündəcə durardın...

İndi, hanı o, istək?

Hanı qəlbdə o, həvəs?

Hər şey tərk edib məni,

Quru qəfəs qalmışam,

Bilməm bu duyğuları,

Kimdən necə almışdım?

Kimə necə satmışam?!

İnsan necə dəyişər,

Necə solarmış, Gülüm?!

İnsan kütlə içində,

Necə də təklənərmiş,

Tənha qalarmış, Gülüm?!

Bilməm, zaman soyutdu,

Yoxsa ki, biganəlik???

- bu eşqi, məhəbbəti,

səmimi ünsiyyəti...

Sevgimə acıyıram;

- necə sonluğa çatdı,

nələrin arzusunda,

nərdə axşamlamışıq???

Bilməm, sonu necədir,

Hələlik tək qalmışam,

Sən orda, xoş xəyalla,

Ovudursan gününü,

Mənisə, biganəlik,

Alıbdı ağuşuna...

Nəsə...

İllərin axarında,

Bilməm, hayana doğru,

Ömür baş alıb, gedir...

Dünya özü qaranlıq,

Suyu yaman bulanlıq,

Həyat özü qəribə,

Ömür yolu dolaşıq,

Sonu da sonsuzluğa,

Uzun yolu yarıda,

Yaman mənasızlaşıb,

Bu mənasız, duyumsuz,

Həyat,

nədəndi bilməm,

mənimçün cılızlaşıb...





* * *

Həyatın mənası yox,

Yaşamaq heçdir, Gülüm!

Nə güldə var, təravət,

Nə də eşqdə sədaqət...

Məhəbbət nağıllarda,

Yaşayardı bir zaman,

İndi, nağıllardan da

Uçub, ərşə gedibdi...

Həyatın mənası yox,

Yaşamaq heçdir, Gülüm!

Nə dünyaya etibar,

Nə insana inam var...

İnsanlar etibardan,

inamdan uzaq düşüb!!!

Sədaqət insana yad,

məhəbbətsə, yabançı...

Səmimilik gen düşüb!!!

İnsan qaıb ümidsiz,

İnsan tam etinasız,

İnsan insanlığa yad, yabançı məxluq olub...

Bu duyumsuz həyatın, duyğusuz sakiniyəm...

Demə ki, biganəyəm, qayğılardan azadam, sakitəm, asudəyəm?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!