Nə üçün sevdirdin mənə özünü?

Nə üçün sevdirdin mənə özünü?
Şeirlər - Hekayələr
10.09.2017 22
Nə üçün sevdirdin mənə özünü?

Nə üçün ömrümü çevirdin heçə?

Xoş günüm,pis günüm səninlə keçib,

Səni xatırlayım de indi necə?



Deyimmi vəfasız çıxdı sevgilim?

Deyimmi özgəyə dəyişdi məni?

Ya susum,dinməyim dözüm həsrətə,

Yaşadım vəfasiz adiyla səni.



Bəlkə də zamanla düzələr,keçər,

Qəlbimdən əbədi silərəm səni.

Bəlkə də dəyişməz heçnə,beləcə,

Bir ömür sonadək sevərəm səni.



Özgəsin seçərəm özümə həmdəm,

Ürəyim sızlayar,gözlərim gülər.

Yaşaram mənasız sevgini belə,

Mən səni sevərəm,o məni sevər



Sən vaxtsız buluddan süzülən yağış,

Mən isə solmağa başlayan çiçək.

Belə ayrılıqdan şirindir ölüm,

Tərsinə yazıbmış yazımı fələk.

Qismətdə var imiş ayrılıq demək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!