Ölmək yaşatmaqdır

Ölmək yaşatmaqdır
Şeirlər - Hekayələr
10.09.2017 8
Yoldaşlar,ölümün tezliyi

Yaşamın tənbəlliyindən irəli gəlir.

Əlbət yaşamayan ölər

Yaşamamış kimi dünyadan köçər.

Ölüm başqa həyata keçid yox

Başqa həyatlara

Başqa ağaclara gübrə olmaqdır.

Yenilər doğulsun deyə.

Başqa həyatlar üçün fəda olmaq,

Torpaqlar ac qalmasın deyə

Yem olmaqdır ölümün adı.

Bəlkə də həyatın qayəsidir bu.

Yoldaşlar.tez ölsəm əgər.

Əlbəttə bu ola bilər.

Ağlamasın,qadınlar,

Aşnalar və doğmalar.

Mən gübrə olacam.

Axır ki,həyata

Bir qulp olacam.

Ağlamaq yerinə

Bir Çinar əkərsiniz məzar başına.

Mən o ağaca da gübrə olub

Vaxtından tez ölmüş xəyallarıma

Kölgə olacam...



Müəllif: Amin Mehdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!