Səni unutmağa başlayım hardan?

Səni unutmağa başlayım hardan?
Şeirlər - Hekayələr
10.09.2017 9
Səni unutmağa başlayım hardan?

Əvvəl gözlərini unudum bəlkə?!

Ömrümü bəzəyən o baxışlardan,

Qaçmaqçun beynimi qurudum bəlkə?!



Səni unutmağa başlayım necə??

İsti nəfəsini duyuram axı??!!

Sənin xəyalınla danışıb gecə,

O həzin səsini duyuram axı??!!



Mən səni unudum indi nə üzlə??

Axı sən olmuşdun mənim həyatım??!!

Unutmaq istəsəm gərək bir sözlə,

Bütün həyatımı mən silim atım!!



Səni unutmağa başlasam indi,

Sənli xatirələr düşər yadıma,

Onları unutmaq elə çətindi,

Mələklər ağlayar bu fəryadıma...



Səni unudacam söyləsədə dil,

Çətin xatirələr məndən əl çekər,

Yox yox, bu elə də asan iş deyil,

Səni unutmağim neçə il çekər..



Səni unutmağa illərdə yetməz,

Bəlkədə adını söyləməz dilim,

Amma ki xəyalın gözümdən getməz,

Çətinki mən səni unuda bilim...



Müəllif: Şəhriyar İbrahimovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!