Canım atam deyirəm

Canım atam deyirəm
Şeirlər - Hekayələr
10.09.2017 3
Canım Atam deyirəm,

Səni mən çox sevirəm.

Dinlə şeir deyirəm,

Sənin üçün deyirəm.

***

Canım Atam deyirəm,

Qurban olaram sənə,

Sənin səxavətinə,

Sənə olan hörmətə,

Halal olsun deyirəm.

***

Səndəki dəyanətə,

Qəlbindəki qüdrətə,

Düzlüyə, ləyaqətə,

Səndəki cəsarətə,

Halal olsun deyirəm.

***

Gözəl tərbiyə verib,

Ali savad verərək,

Bizi hər an sevərək,

Sən bizi xoşbəxt etdin,

Halal olsun deyirəm.

***

Gecə-gündüz işləyib,

Çoxlu əziyyət çəkib,

Qayğımızı sən çəkdin,

Qolundakı qüvvətə,

Halal olsun deyirəm.

***

Övladınçun həyatda,

Çəkdiyin o zilləti,

Aldığımız təhsili,

Verdiyin o çörəyi,

Sən bizə halal eylə.



Salayeva Cəmiləскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!