Dost olmaq lazım

Dost olmaq lazım
Şeirlər - Hekayələr
10.09.2017 11
Sən  mənim  yanımda, amma  bəs  nədən,

Mən  sənin  yanında, tənhalıqdayam.

Sanki, bir  yuxusan, ya da  ki, xəyal,

Beləcə,   mən  səni  xatırlayıram.



Sakitlik,  bu  nədir, sanki  insan  yox.

Ya  da  biz  yadlarıq,  tanış  deyilik.

Bu  qədər  soyuqluq, nədən  yaranır?

Niyə  biz, mehriban  söhbət  etmirik.



Xəyal  mən?,  yoxsa  sən?, biz  ikimizdə,

Varikən  yox kimi, yuxu  kimiyik.

Başımız  üstündə  nə  böyük  dəhşət,

Çünki  biz,  ailəyə  qiymət  vermirik.



Hal-əhval  tutub,  danışmaqdansa,

Yaxşı - pis  hər  şeyi, bölüşməkdənsə,

Susuruq, amma  ki, qəlbimiz  dolu,

Beləcə,  yadlaşıb  uzaq  düşürük.



Günahkar  varsa, o da  ikimiz,

Başımız  qarışıb  öz  işimizə.

Artıq  unutmuşuq,  hörmət  etməyi,

İndi, ona  g örə, xoşbəxtlik  yoxdu.



Əlbəttə,  qəlbimiz  sevgilə  dolu.

Bu hal,  ikimizi  yaman çox  üzür.

Səhv  etdim, əslində  üzülmürük  biz.

Çünki,  səbəbsiz,  söhbət  etmirik.



Qorxuram  bu  sevgi, tez  sona  çatar.

Ailə   parçalanar, ailə  bölünər.

Ailəni  qoruyaq, sadəcə  bizə,

Səmimi,  mehriban  dost  olmaq  lazım.



Gülyanə Qədirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!