Biri var idi biri yox

Biri var idi biri yox
Şeirlər - Hekayələr
10.09.2017 10
Olan olub keçən keçib bəlkədə

İndi daha İndi daha kövrəlməyin yeri yox

ömür boyu bele gəlib mənimki

Əvvlimdən biri var idi biri yox



Uzaqdaydi mən istəyən olacaqlar

Ürəyimdən gəldi keçdi saraqlar

Atalıydı,analıydı uşaqlar

Bizim evdə biri var idi biri yox



Gözlərimə doldurmuşam yağışı

Bir köynəkdə keçirmişəm mən qışı

Şalvar-köynək geyinəndı tay-tuşum

məndə isə biri var idi biri yox



Qəlbim yandı ilk sevgimdən,eşqimdən

Dara düşdüm əl ummadım heç kimdən

Məclislərdə can deyib can eşidən

Dostlarımdan biri var idi biri yox



Üzüm güldu tələbəyəm deyəndə

Sıxılırdım dost pencəyi geyinəndə

Müəllimlə dil tapa bilməyəndə

Qiymətlərimin biri var idi biri yox



Mən orduya nələr qoyub getmişdim

Ürək alıb ürək qirib getmişdim

iki qza könül verib getmişdim

qayıdanda,biri var idi biri yox



Uzaq gəzdi əmi dayı bibilər

Söz arasi mənə evlən dedilər

Nişan üçün iki şey istədilər

Məndə isə biri var idi biri yox



Vaxt gələcək bu günü gğrəcksən

Çox suala gözünü doyeceksen

Vaxt gələcək sən özün deyəcəksən

Deyəcəksən biri var idi biri yoxскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!