Sevmək haramıza yaraşır bizim

Sevmək haramıza yaraşır bizim
Şeirlər - Hekayələr
10.09.2017 13
Üzümüz ağ oldu,üzün ağ olsun...

Qoy sevmək səninçün oyuncaq olsun...

Sevgimiz puç oldu,canın sağ olsun...

Sevmək haramıza yaraşır bizim?!



Mənasız yalanlar, boş bəhanələr...

Sevgiyə xələldi və daha nələr...

Bizimçün bu sevgi çox baha gələr...

Sevmək haramıza yaraşır bizim?!



Sən oldun vəfasız,mən oldum sənsiz...

Sən mənim canımdın,qalmışam cansız...

Görürsən necədə olmuşuq qansız...

Sevmək haramıza yaraşır bizim?!



Bu sevgi olsada bizə əmanət...

Dünyamı qaraltdı sanki xəyanət...

Mən səni sevdiyim o günə lənət..!

Sevmək haramıza yaraşır bizim?!



Dilimiz hə deyir,fələyimiz yox...

Dərdimiz olsada,köməyimiz yox...

Sevməyə vəfalı ürəyimiz yox...

Sevmək haramıza yaraşır bizim?!



Bu ki bir həvəsdi,bu sevgi deyil...

Sən oldun,pərişan mən oldum veyil...

Gəl birdə sevməyə salmayaq meyil...

Sevmək haramıza yaraşır bizim?!



Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!