Unuduram

Unuduram
Şeirlər - Hekayələr
10.09.2017 11
Unuduram ötənləri,qalanları,

Unuduram həqiqəti, yalanları.

Unuduram məni dərdə salanları,

Unuduram məni məndən alanları.

Xatirələr üzüb məni, alıb əldən,

Yorulmuşam "nədən”,”neyçün” söyləməkdən.



Yaşamaqçün qalan ömrü uzaq qəmdən,

Unuduram, qınamayın,olanları.

Gecələri sakit, rahat uyumaqçün,

Sabahları sağlam, gümrah oyanmaqçün,

Haqla nahaq arasında qalmamaqçün,

Unuduram, yaşamaqçün, yaşananı.



Unuduram məni hədsiz sevənləri,

Unuduram üzü məndən dönənləri.

Unuduram mənə "unut” deyənləri,

Unuduram , sabahımçün,dünənləri.

Çoxu gedib, ömrün bir az qalanını

Yaşamaqçün, unuduram olanımı.

Qınamayın, mənim mənsiz qalanlarım,

Unuduram həm özümü, həm hamını.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!