Bu gecə yuxular qoymayır yatım

Bu gecə yuxular qoymayır yatım
Şeirlər - Hekayələr
10.09.2017 23
Bu gecə yuxular qoymayır yatım,

Səninəm, yanına gəlmişəm sənin,

Gözlərim gözünə həsrətlə baxır,

Qəlbimi ruhuna sərmişəm sənin,

Sözlərim sözündə ümid axtarır.



Bu gecə yuxular qoymayır yatım.

Necə də gözəlmiş sənlə yuxular,

Əllərin əlimdə yuxuya gedib.

Sübhün nəfəsiylə solan arzular,

Payızın qəlbindən çiçəklər dərib.



Bu gecə yuxular qoymayır yatım.

Könlüm pərvaz edir baxışlarında,

Eşqimizin üzü gülür bu gecə.

Sığınıb ruhunun naxışlarında,

Dilimdə sözlərim susur bu gecə.



Bu gecə yuxular qoymayır yatım.

Qorxuram səhərlər bir az tez gələ,

Açam gözlərimi sənsiz dünyaya.

Xəyalın tərk edə, tənhalıq gələ.

Yenə göz yaşlarım gələ haraya.



Gülnarə Sadiqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!