Sənin yoxluğun

Sənin yoxluğun
Şeirlər - Hekayələr
10.09.2017 24
Yenə sənin yoxluğunu hiss edirəm.

Darıxıram nəfəsinçün,

indi nəfəs alanda mən.

Karıxıram,

yüz insanın içində tək qalanda mən.

Sınıxıram,

yad olduğum günü yada salanda mən.

Darıxıram,

sənsiz sənli xəyallara dalanda mən.



Yenə sənin yoxluğunu hiss edirəm,

Otağımın işığını söndürəndə,

Şəkildəki təbəssümün gözlərimi güldürəndə,

Sənə bənzər bir qız mənə azacıq göz süzdürəndə,

Yuxularda sənli mənlə bir görəndə

o an sənin yoxluğunu hiss edirəm...

Gozümdə yaş gilə-gilə,

bu yolları axı niyə tək gedirəm.

Mənim üzüm gülə-gülə,

içimdəki ağrıları gizlədirəm.

Yaşayıram ölə-ölə,

ürəyimə səbr etməyi öyrədirəm.

Varlığını bilə-bilə,

yenə sənin yoxluğunu hiss edirəm...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!