Bu qədər insafsız olma, amandır

Bu qədər insafsız olma, amandır
Şeirlər - Hekayələr
10.09.2017 3
Həsrətlə titrəyir qəlbimin simi,

Bu qədər insafsız olma,amandır !

Gəl,öz əllərinlə qır bu tilsimi,

Bu qədər insafsız olma,amandır !



Bu ömür yollarım dumanlı,çənli,

Gündüzüm naləli,gecəmsə qəmli.

Gəldim hüzuruna gözləri nəmli,

Bu qədər insafsız olma,amandır !



Bu dəli sevdada, yaş o yaş deyil,

Dən düşüb saçıma,baş o baş deyil.

Ürəyim ətdəndir,axı daş deyil,

Bu qədər insafsız olma,amandır !



Qısqanma,yad evə gedib-gəlmərəm,

Sənsiz şad olmaram,deyib-gülmərəm.

İnciyə bilərəm,küsə bilmərəm,

Bu qədər insafsız olma,amandır !



Nə olar qəlbimi, belə sıxma gəl,

Ver mene vüsaldan,bircə loxma gəl.

Sevirəm söylə sən,söylə,qorxma,gəl.

Bu qədər insafsız olma,amandır !скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!