Qocalma, Ana!

Qocalma, Ana!
Şeirlər - Hekayələr
10.09.2017 6
İl üstə il gəlir, ötür ömürdən,

Qocalırsan əziz ana, can Ana.

Üzündə iz qoyur yorğunluq, kədər,

Qocalma, qocalma mehriban Ana.



Sən dayaq olmusan həmişə mənə,

Həmişə ehtiyac duymuşam sənə.

Istərəm sinənə.baş qoyum yenə

Unudum hər şeyi mən o an, Ana.



Yenidən yaz gəlir, açılır güllər,

Hər səhər oxuyur bağda bülbüllər.

İllərin dalınca qoy ötsün illər.

Bircə sən qocalma heç zaman, Ana!



Nailə Şahverdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!