Yadındamı, Sevgilim?

Yadındamı, Sevgilim?
Şeirlər - Hekayələr
10.09.2017 7
Yadındamı sevgilim,

Gecələr görüşərdik

Bağçada biz,bağda biz.

Həyacandan əsərdi

Yarpaq kimi qəlbimiz.

Alovlu dodaqları

Bir-birinə sıxardıq.

Çəkdiyimiz həsrətin

Acısını çıxardıq.

O sevgi haqda,

Yazılmamış əsərdi.

Pıçıltılı səsləri,

Külək hərdən kəsərdi.

Səslə danışmazidiq

Biz səninlə çox vaxtı.

Anlayırdım gözlərim

Haçan gözünə baxdı,

Qəlbindən keçənləri.

Çox heyf zaman aldı,

Bizdən o xoş günləri.

Yadındamı sevgilim,

Ayrılıqdan söz düşdü,

Uşaq kimi ağladın.

Sən o ağlamağınla,

Ürəyimi dağldın.

-Bir həftəlik həsrətə,

Dözə bilmirəm daha.

Bəs ömürlük ayrılsaq?

Yalvardın ki,Allaha

Ayırmasın heç zaman,

Qadir Allah bizləri.

Gözümə zilləmişdin

Yaşla dolan gözləri.

Yadındamı sevgilim

Yadındamı bir gecə

Möhkəm yağış yağırdı.

Təbiət buludları,

Dayanmadan sağırdı.

Şirin söhbət edərdik,

Bizsə tutub əl-ələ.

Biz ayrılan deyildik,

Lap qopsada zəlzələ.

Sevgimizin həsrəti,

Əridərdi daşıda.

Axı hardan biləydik,

Ayrılıq var qarşıda.

Yadınamı sevgilim,

O ayrılıq gecəsi.

Qulağımdan getməyib,

Dodağının son səsi:

-Səni yenə sevirəm,

Sözlərimə gəl inan.

Nə səni,nə eşqini

Unutmaram heç zaman…..



Şehriyar Allahyaroğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!