Ana

Ana
Şeirlər - Hekayələr
10.09.2017 9
Doğulub dünyaya gəldim elə ki,

Çıxdı rahatlığın əlindən, ana.

Gecələr yatmayıb, laylamı dedin,

Of sozü duymadım dilinən, ana.



Doqquz ay bətnində bəslədin məni,

Mən sənə nə etdim bilmirəm, ana.

İndi göz yaşlarım süzür yanağa,

Yanaqda quruyur silmirəm, ana.



Uşaqkən qədrini bilmirdim sənin,

Opməzdim ağarmış telindən, ana.

İndi can üstəsən nə mənası var,

Yüz kərə opsəm də əlindən, ana.



Qəlbinə toxundum yənə can dedin,

Bir ömür xətrimə dəymədin, ana.

Halal zəhçətinlə böyütdün məni,

Hec kimə sən boyun əymədin, ana.



Yaxşı əməlinlə abidə qurdun,

Hər kəsin qəlbində ucaldın, ana.

O qədər dərdimi cəfamı çəkdin,

Gözümün önündə qocaldın, ana.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!