Gedəcəm...

Gedəcəm...
Şeirlər - Hekayələr
10.09.2017 8
Mən səni sevərkən, elə bilirdim.

Ömrümü səninlə sürüb gedəcəm,

Bilmədim bu şəhər boğacaq məni,

Başqa bir ölkəyə, qərib gedəcəm.



Yaşaya bilmərəm mən bu şəhərdə,

Bu şəhər salıbdı məni bu dərdə,

Qoy sənin olsun o xatirələr də,

Məndə hər nəyin var, verib gedəcəm.



Bir zaman hər şeyi unutsanda sən,

Bilirəm düşəcəm yadına hərdən,

İnan ki, heç kəsi sevməyəcəm mən,

Qəlbimin qapısın hörüb gedəcəm...

 

Bu şəhər dar oldu mənə büsbütün.

Gedirəm mən azad yaşamaq üçün,

Yox demə, evinə gələcəm bu gün,

Sadəcə qapıdan görüb, gedəcəm...

Bir daha çətin ki gəlib-gedəcəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!