Gizlədə bilmədim məhəbbətimi

Gizlədə bilmədim məhəbbətimi
Şeirlər - Hekayələr
10.09.2017 8
El elə qınadı,mən səni sevdim,

Axı səndə gördüm səadətimi...

Dedilər,bu eşqi bilən olmasın,

Gizlədə bilmədim məhəbbətimi...



Gah gülə söylədim,gah suya dedim,

Gah yerə,gah göyə-havaya dedim...

Dilim dinc durmadı,hamıya dedim,

Danışdım hər kəsə həqiqətimi...



Bu da son... gəldiyim yol oldu zülmət,

Mənim də taleyim beləymiş,əlbət...

Düşümmü çöllərə yoxsa,nəhayət,

Sınayım Məcnuntək sədaqətimi!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!