Ağlama, ay ana, qurbanın olum

Ağlama, ay ana, qurbanın olum
Şeirlər - Hekayələr
10.09.2017 21
Gözündən tökülən yaşına qurban,

Qələm gözlərinə,qaşına qurban,

Ağ dənli,ağ saçlı başına qurban,

Ağlama ay ana,qurbanın olum.



De kimlər incidib,qırıb qəlbini?

İcazə ver ana,alım dərdini,

Üzülmə,nə olar üzmə sən məni,

Ağlama ay ana,qurbanın olum.



Səni incidənin ömrü dar olsun,

Baharı qış olsun,yazı qar olsun,

Üzülmə,Allah’ın sənə yar olsun,

Ağlama ay ana,qurbanın olum.



Ağlama,inləyir hər tərəf,hər yan,

Ağlama,ağlayan gözünə qurban,

Hər damla yaşınla məhv olur insan ,

Ağlama ay ana,qurbanın olum.

 

Allah Bütün Analara Can Sağlığı Versin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!