Gözlərim

Gözlərim
Şeirlər - Hekayələr
10.09.2017 3
Gözlərim yol çəkir məndən xəbərsiz,

Sən gedən yollara baxır gözlərim.

Sənin həsrətindən tüstüyə düşüb,

Hər gecə səbəbsiz axır gözlərim.



Kədər də bir anlıq məndən əl çəkmir,

Qəlbimi özünə eləyib məskən.

Kaş ki, ürəyimdə nələr çəkirəm

Baxıb gözlərimə, başa düşəsən...



Sən mənə xəyanət etdiyin o gün,

Yaman əsəbləşib,çıxdım özümdən.

Mən səndən gözümü çəkmədiyimçün,

Xoşbəxt günlərimiz gəldi gözümdən.



Mən də səhv elədim sevəndə səni,

Hər şeyi düşünən aşiq olmadım.

Səni qazanmağı düşündüyüm gün,

Səni itirməyi gözə almadım...



Mən səni sevsəm də, geri qayıtma,

Mən də bir dəfəlik çıxıb gedirəm.

Azacıq özümə gəlmişəm, yenə,

Gözümə görünmə, xahiş edirəm...



Arzular gözümdə qaldı, bir də ki,

Səndə gözüm qaldı, incimə məndən.

Bircə, toyunu da görə bilsəydim,

Ömürlük gözümü çəkərdim səndən...



Xanlar Coratскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!