İçimdə gəzən qadın

İçimdə gəzən qadın
Şeirlər - Hekayələr
10.09.2017 9
Bütün həyatımı oda atdım mən

Sayəmdə dərdlərin az oldu gülüm

Gözəl gülüşünə bahar qatdım mən

Niyə özgəsinə yaz oldun gülüm?



Nə qədər gizlətsəm dərd yenə çoxdu,

Sevən ürəyimə dağ çəkmisən, dağ.

Mənim yeriməyə taqətim yoxdu

Sən isə içimdə gəzirsən ancaq.



Arada səninlə çıxıram çölə,

Gülürəm xəyallar qururam qadın.

Gülüş hədəfinə çevrilsəm belə

Sevdiyin ətirdən vururam qadın.



Qarışır küçədə səsin səs-küyə,

Onunçün tələsik evə çıxıram.

Sonra da qəlbimdə darıxma deyə

Sənin xoşladığın filmə baxıram



Sevdiyin hər nə var üzümə baxır,

Səssizcə mətbəxə sarı keçirəm.

Bilirəm, çox şirin sevmirsən axı,

Səninçün çayı da acı içirəm.



Beləcə oluram yolunda qurban,

Xeyri yox evimi yıxırsan onsuz.

Gündüz vücudumu rahat gəz dolan,

Gecə gözlərimdən, çıxırsan onsuz.!!!

 

Elçin Nurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!