Gedəcəm

Gedəcəm
Şeirlər - Hekayələr
10.09.2017 20
Yoruldum həsrətin yollarında mən,

Hər yerdə axtarıb,səni gəzəcəm.

Fikrimdə ayrılıq,xəyalimda sən,

Son dəfə üzünə baxib

gedəcəm...



Sevgimiz ağacdır,amma bəhərsiz,

Çapıram getməyir atim yəhərsiz,

Düşünmə gedərəm səndən

xəbərsiz,

Son dəfə əlini sıxıb gedəcəm...



Necə yaraşdırdın axı özünə,

İnanmaq olmayır heç bir sözünə,

Son dəfə nifrətlə baxıb gözünə,

O,sevən qəlbini yıxıb gedəcəm...



Qəflətən ayrılıq küləyi əsdi,

Sənsizlik əcəl tək yolumu kəsdi,

Əlvida,gedirəm ağlama bəsdi,

Gözündən yaş olub axıb

gedəcəm...



Şeytanmı azdırdı səni yolundan?

Mələklər günahı yazır solundan,

Gedərkən son dəfə tutub qolundan,

Canını yandırıb-yaxıb gedəcəm...

 

Vüsal Alxaslıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!