İtirdim səni...

İtirdim səni...
Şeirlər - Hekayələr
10.09.2017 24
Səni itirmişəm uzun zamandır

Gəl ki ürəyimdən səni silmirəm.

Amma səni necə itirdiyimi,

Heç cürə yadıma sala bilmirəm...



Ya mən itirmişəm səni hardasa,

Ya sən gözdən itib, çıxıb getmisən.

Məncə çox fikirli olduğum bir gün,

Yəqin gözlərimdən düşüb, itmisən.



Səni axtarıram gecələr,sənsə,

Bircə şəkillərdə mənə baxırsan

Gözlərin, saçların qaradı deyə,

Bəlkə qaranlıq da yoxa çıxırsan ???



Sən ya şeirlər də,yada ruhum da,

Ya da gözlərimdə itmisən məncə.

Vaxt edib özümdə axtarım bir gün,

Səni ürəyimdə taparam bəlkə...



Səni tapmamağı bir yana qoyub,

Həmdə ürəyindən çıxıb gedirəm.

Sadəcə ağlımı itirməməkçün,

Səni itirməyi qəbul edirəm...

 

Xanlar Coratскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!