İndiki zəmanə

İndiki zəmanə
Şeirlər - Hekayələr
10.09.2017 8
Düzü əyri, əyrini düz qanırlar

Rüşvət desən əllini yüz qanırlar

Allahını, kitabını danırlar

Sərf edəndə ot deyirlər nanəyə

Sözüm yoxdur indiki zəmanəyə



Murdarlaşıb insanların nəfəsi

Atasından bərk çıxır qızın səsi

Bir oğlanın bir gecəlik həvəsi

Qurban edir bir qızı o hər şeyə

Sözüm yoxdur indiki zəmanəyə



Qeybət indi yurd salıbdı hər dilə

Yorğansız da ayaqlaşır dəb ilə

Coşacağam mən özüm də təb ilə

Hər şeyləri döndərəcəm heç nəyə

Sözüm yoxdur indiki zəmanəyə



Vəfalı yar keçmişlərdə qalıbdır

Namus və ar keçmişlərdə qalıbdır

Elə nə var keçmişlərdə qalıbdır

Lüzum yoxdur indiki zəmanəyə

Sözüm yoxdur indiki zəmanəyə



Təbim kimi bir inciymiş qəlbim də

Dərdim-tasam birinciymiş qəlbimdə

Yaşamağa bu incimiş qəlbimdə

Dözüm yoxdur indiki zəmanəyə

Sözüm çoxdur indiki zəmanəyə



Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!