Ayrı dünyaların adamıyıq biz...

Ayrı dünyaların adamıyıq biz...
Şeirlər - Hekayələr
10.09.2017 17
Hələki gec deyil bəlkə ayrilaq,

məhəbbət salmasin qəlbimizdə iz.

Mən səhra kimiyəm,sən çağlar bulaq,

Ayri dünyalarin adamiyiq biz...



Sən varlı gözəlsən,mən isə yetim,

Kimsənin yanında yoxdur qiymətim,

Soruşma sevgilim nədir möhnətim,

Ayrı dünyaların adamıyıq biz...



Fələk saldı bizi yaman kələyə,

Danışdım dərdimi əsən küləyə,

Gəl ümid etməyək biz gələcəyə,

Ayrı dünyaların adamıyıq biz...



Ayrılıq bizimçün yazılmış qayda,

Mən tənha bir ada,sənsə o,tayda,

Ağlasaq nə fayda,gülsək nə fayda,

Ayrı dünyaların adamıyıq biz...



Çəkdiyim acılar demək hədərmiş,

Bizimki, sevgi yox, acı kədərmiş,

Bağışla sevgilim,bura qədərmiş,

Ayrı dünyaların adamıyıq biz...



Vüsal Alxaslıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!