Tək və tənha

Tək və tənha
Şeirlər - Hekayələr
10.09.2017 5
Burda hava soyuyur,

yağış yağır arada.

mən gördüyün kimiyəm,

sən necəsən orada?



Saçlarımı kəsmişəm,

sığalın getsin deyə.

yəqin hazır deyildim

səni belə sevməyə.



Səhərlər yuxudan kal,

həvəssiz oyanıram.

əlimdə isti qəhvə

evi dörd dolanıram.



Qapıda miyoldayan

pişiyi oynadıram.

qazın üstə unudub,

dəm çayın qaynadıram.



Qarşımda pendir çörək,

çayım soyuyub qalır.

yaxşı ki İl Divo var,

bir az könlümü alır.



Tənha yalquzaq kimi

darıxmaqla məşqulam.

filmlərə baxıram

kitablar oxuyuram.



Mən dəryada yelkəni,

suya düşmüş gəmiyəm.

burda anaya həsrət,

yetim uşaq kimiyəm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!