Məni bağışla

Məni bağışla
Şeirlər - Hekayələr
10.09.2017 18
Bir ötən sevgini unuda bilsəm

Könlümü sevgimlə ovuda bilsəm

Bir axşam yanına qayıda bilsəm

Bağışla, bağışla, məni bağışla



Bağışla qapını döyə bilmirəm

Bağışla sevirəm, deyə bilmirəm

Özüm də bilmirəm, axı niyə bilmirəm

Bağışla, bağışla, məni bağışla



Bir sönən oсağın külünə yanma

Ömrümün ayına, ilinə yanma

Desəm ki, sevmirəm, gəl, mənə inanma

Bağışla, bağışla, məni bağışlaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!