Məktub

Məktub
Şeirlər - Hekayələr
10.09.2017 14
Yoxluğun çətindir mənə əzizim.

Bəlkə qayıdasan, düşün dərindən?!

Bir məktub yazıram sənə əzizim,

Ayrılıq gününün ilk səhərindən...



Bu evdə hələ də var ayaq izin.

Otaqdan-otağa aparır məni.

Darağda saçların, güzgüdə üzün,

Mən necə bir yerə toplayım səni?



Gözüm boş yatağa sataşdı birdən,

Fərqinə varmadım mən, daha yoxsan.

Adını çağırdım özüm bilmədən,

Yadıma düşdü ki, sən daha yoxsan...



Bəs sənin səhərin açılıb necə?

Sən mənim adımı səsləmədinmi?

Mənden tez oyanıb yenə gizlicə,

Üzümdən öpməyi istəmədinmi?



Ümidim əriyir daha get-gedə,

Qəlbimin küncünə qısılıb qalıb.

Sənin ən sevdiyin köynəyimdə də,

Saçının bir teli asılıb qalıb...



Gözüm bir nöqtəyə baxır anba-an.

Diqqət et gör hardan-hara gəlmisən?

Ən uzun cümləyə sıgmayan adam,

Kiçik bir nöqtəyə sığa bilmisən...



Gedənə ağlamaq qəribə işdir...

Gülümsə gələndə,ağla gedəndə.

Səndən də heç gözüm sum içməmişdi.

Bu qədər göz yaşı,hardandı məndə?



Nə isə, deyəsən gec olub saat,

Növbəti səhərin qoxusu gəlir,

Ayıbdır, məktubu oxu sən də yat,

Sevdiyin insanın yuxusu gəlir..



Müəllif: Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!