Axtar məni!

Axtar məni!
Şeirlər - Hekayələr
10.09.2017 6
Axtar, bir az axtar məni arzularında,

Kam etmək həvəsin bitənə qədər

Yaşayarkən xoş arzunun intizarında,

Bəlkə mən çin oldum bir şirin səhər?!



Xoş ümidlə axtar məni ümidlərində!

Axı ümidlərin görünməz sonu.

Əgər ümid dilənərsə son səfərində,

Yenə ümidli ol, itirmə onu!



Axtar məni həqiqətin cizgilərində,

Həqiqi rəğbəti doğru sanarkən!

Dayazda boğulsan, ara dərində,

Bəlkə dərin hisslərini kəşf elədin sən?!



Yəqin öz yuxunda sevilə bildin.

Önəmlidir təbiətin bu səadəti.

Bəlkə mənə inamında rast gələ bildin?

Inamsız anında axtarma, qəti!



Diqqətindən yayınmasın bir toz dənəsi,

Məni ayağının altında axtar!

Səbəb olsa axtarışa bir nəfəs səsi,

Demək, nəfəsində tutmuşam qərar...



Əgər səni aldatmırsa səmimiyyətin,

Axtar şübhələri, yalanlarını!

Dərk et, bu axtarışda nədir niyyətin,

Axtar varlığının qalanlarını!



Sonda tapmadınsa, nədir fəlakət?

Çıxar məni həsrətinin ləpələrindən!

Yəqin ruhundayam, ruhunu hiss et!

Itgin ruhlar məkanında görünməzəm mən...



Sebuhi Şahmursoyскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!