Sənin üçün çox darıxmışam

Sənin üçün çox darıxmışam
Şeirlər - Hekayələr
10.09.2017 17
Sevgini nəsildən-nəsilə ötür

Mənə xoş günündən bir parça gətir

Çalış tez özünü yanıma yetir

Bu gün sənin üçün çox darıxmışam



Sənə yazacağım vardır çox yazı

Ürəkdə xatirən qalıb ən azı

Payızın qadını tanrının qızı

Bu gün sənin üçün çox darıxmışam



Göz yaşım quruyub qalıb əlimdə

Vicdan ağrıları vardır belimdə

Sözlər təkrarlanır hər gün dilimdə

Bu gün sənin üçün çox darıxmışam



Sənsizlik yol gedir damarda,qanda

Yanında olmadım mən o zamanda

İnansanda belə inanmasanda

Bu gün sənin üçün çox darıxmışam



Nə gecəm olulbdur, nədə gündüzüm

Üzünə baxmağa gəlmirdi üzüm

Bu sonuncu sətrim sonuncu sözüm

Bu gün sənin üçün çox darıxmışam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!