Ağlayır yağış

Ağlayır yağış
Şeirlər - Hekayələr
10.09.2017 7
Göylərin gözü də dolubdu yenə,

Mənim pəncərəmdə ağlayır yağış.

Sakit, narın-narın yenə də yağır,

Könül pəncərəmdə ağlayır yağış.



Nədən gileylidir,nədən qəmlidir,

Hava da dəyişib, duman, çənlidir.

Yağırsa, demək ki,yenə dərdlidir,

Könül pəncərəmdə aglayır yağış.



Hər ömrün fərqlı bir naxışı olur,

Bəzən yol sonunda göz yaşı olur,

Gülən gözlər belə bulud tək dolur,

Könül pəncərəmdə aglayır yagış.



Ürəyimdən damla-damla süzülür,

Kipriyimdə muncuq kimi düzülür,

Vaxtsız yağır, qəlbimi də üşüdür,

Könül pəncərəmdə ağlayır yagış.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!