Keçməyən keçmişim

Keçməyən keçmişim
Şeirlər - Hekayələr
10.09.2017 14
Hər dəfə keçmişim düşəndə yada

Yaddaşım qanıyır kəsə bilmirəm

Keçmişin içində o vardı deyə

Keçmişdən ayrılıb küsə bilmirəm

Qurduğum xəyallar xəyala döndü

Mənzilsiz yollarda yaşıyıram mən

Sən getdin ömrümə yay gəlmir daha

İndi yad qollarda üşüyürəm mən

Əlimdə toz basmış sənli şəkillər

Yenə kövrəlmişəm, yenə dolmuşam

Bilmirəm bu fələk mənim alnıma

Xoşbəxtlik yazanda harda olmuşam

Bircə təsəllidir, məni yaşadan

Nə yaxşı şəkillər ölmür sevgilim

Əsəbi vaxtında çəkmişdik deyə

Qızarmış gözlərin gülmür sevgilim

Səni ürəyimdə gizli saxlayıb

Keçmişi yadımdan silə biləydim

Səninçün yaşaya bilmirəm deyə

Kaş sənin yerinə ölə biləydim

Qəlbimdə həsrətin bir izi qalıb

Burnumda yurd salıb nəfəsin, iyin

Quru bir nəfəsin əsiri olub

Hər gündüz hər gecə ölür sevdiyin

Bu yaşda hər şeyə doyub gözlərim

Nə yata, nə yeyə, içə bilmirəm

Sənsiz gələcəyə öyrəşmək üçün

Keçməyən keçmişdən keçə bilmirəm



Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!