Unuda bilmirəm

Unuda bilmirəm
Şeirlər - Hekayələr
10.09.2017 37
Mən səni unuda bilmirəm, axı

unutsam nələri unudam gərək

göylərə baxmışıq aylı gecədə

unutsam göyləri unudam gərək!



Dənizi unudum, ya dalğaları?

xatirən yadımdan çıxaydı barı

payızda xəzanı, qışdasa qarı

baharda gülləri unudam gərək!



De, necə unudum mən səni, necə?

sevgi durna deyil payızda köçə

yuxuma gəlirsən mənim hər gecə

ayları, illəri unudam gərək!



Sənin xəyalındır həsrətlə baxan

adındır hər saat qarşıma çıxan

qarışıb şəklinə gözümdən axan

yağışı, selləri unudam gərək!



Sinəmdə peşiman ürəyim qaldı

uçdun əllərimdə lələyin qaldı

nələri itirib, bax nəyim qaldı

nələri, nələri unudam gərək!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!