Sıxma məni daha dünya

Sıxma məni daha dünya
Şeirlər - Hekayələr
10.09.2017 44
Sıxma məni daha dünya.

onsuzda çox sıxılmışam.

Baxma belə dik gəzirəm,

Daxilimdən yıxılmışam.



Ruhum mənim darmadağın,

Mənasi yox yaşamağın.

Bükülməsin erkən deyə,

Dizlərimə yalvarmağın.



Nə bir vəfa görməmişəm,

Hər kəs cəfa verdi mənə.

Kim var arxa dayandığım,

Bir ox vurdu kürəyimə.



Sıxma məni daha dünya,

Alacağın nəyim qalib?

Nə vermisən qaytarmışam,

Təkcə qırıq könlüm qalıb.



Al onuda gec olmamış.

Aşiq olub atılmamış.

Bilirəmki götürməzsən,

Yandırıb ləzzət almamış...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!