Analar

Analar
Şeirlər - Hekayələr
10.09.2017 9
Dünyanın bu karvan köçündən gəlib,

Dözümün bitməyən gücündən gəlib,

Yoxsa nağılların içindən gəlib, -

Özü nağıllara dönən analar.



Gül dedik, ovcunda çiçək bitirdi,

Sevinci paylayıb, qəmi itirdi,

Yuxusuz gözlərə yuxu gətirdi,

Laylalar üstündə dinən analar.

 

Saçına qar yağdı, yaz verdi bizə,

Dünyanı görməyə göz verdi bizə,

Özünə bənzəyən qız verdi bizə,

Ömrünü min yerə bölən analar.



Özü şərik oldu ürək sirrinə,

Gün oldu işlədi kişi yerinə,

Bizimçün od aldı kipriklərinə,

Özü soyuqlarda donan analar.



Oğulu sevinib, qızı güləndə,

Sanki günəş gülür üzü güləndə,

Övladın qaşında düyün görəndə,

Bulud tək qaralıb, dolan analar.



Saçını zamanın əlləri hörür,

Bu günlə yaşayıb sabahı görür,

Dünyaya təzə-tər övladlar verir,

Üzü çiçək kimi solan analar.



Vətənin özünə "ANA" dedilər,

Oduna, közünə "ANA" dedilər,

Bir gün yad qızına "ANA" dedilər,

Nəvə muştuluğu alan analar.



Ömrümü-günümü almışam sizdən,

Damlayanı qorumuşam coşqun dənizdən,

"Oğlum" desəniz də, deməsəniz də,

Mənim anamsınız, anam, analar.!



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!