Yuxu

Yuxu
Şeirlər - Hekayələr
10.09.2017 57
Bu gecə yuxuma gəlmişdi yenə

Yuxumun içində yuxu görürdüm

Onsuzda hər bir şey bəlliydi mənə

Varımın içində yoxu görürdüm



Baxdıqca hey baxdım, yenə doymadım

Kipriklər həminki, gözlər həminki

Dilindən xoş bir söz yenə duymadım

Tikanlı-tikanlı sözlər həminki



Toxunmaq istədim əlim çatmadı

Üzünü gizlədən qara tellərə

Əlimi uzatdım amma tutmadı

Həsrəti olduğum incə əllərə



Qəfildən köksümdə çırpındı ürək

Yox olub gözümdən itirdi yenə

Səbəbsiz-səbəbsiz hər zamankı tək

Məni yalnız qoyub gedirdi yenə



Bu necə yuxuydu, bu necə xəyal?

Damarda don vuran qanım isindi

Dedim ki, gəl getmə bir azca da qal

Üzümə gülərək dedi bəsindi



Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!