Dünən toyun idi

Dünən toyun idi
Şeirlər - Hekayələr
10.09.2017 13
Sağlıqlar deyildi çığır-bağırla,

Üşüyən qəlbinə girən oldumu!

Gözündən qəlbinə düşən cığırla

Axan göz yaşını görən oldumu!



Sağlıqlar uzandı... səhərə kimi

Çalıb-oynadılar, kef eylədilər,

Çırpıb pillələrə son ümidimi

"Vağzalı" üstündə dəfn eylədilər.



Son ümid! O mənim gərəyim idi...

Yoluna şam tutdu neçə qız, gəlin.

Şam deyil, o mənim ürəyim idi,

Son dəfə yanırdı yolunda sənin.



Getdin...

O köhnə yol nur yolu idi,

Izin düşən yerdə gül açmadı ki?

Özgəylə keçirdin o yolu indi,

Ayağın altından yer qaçmadı ki?



Bu yollar nə yaman vəfasız imiş,

Niyə çiliklənib tökülmədilər?

Düşüb qədəminə hər yoxuş, eniş

Niyə ürəyimə çəkilmədilər?..



Başına gül-çiçək səpdilər o gün,

Alışan qəlbinə su səpmədilər.



"Get" deyib alnımdan öpdülər o gün,

Sınıq taleyini düzəltmədilər...

Güldün...

Gülüşünün ömrü çox qısa,

Bir həsrət axırdı qanında sənin,



Orda bütün yerlər tutulmuşdusa

Yerim görünürdü yanında sənin.

Dünən toyun idi...

Xoşbəxt olasan!

Görünür bu bizə qismət deyilmiş.



Unut! Elə bil ki, sevdiyin oğlan

Getdiyin oğlanmış,

Nüsrət deyilmiş...



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!