Məni məndən soruş, özgədən deyil

Məni məndən soruş, özgədən deyil
Şeirlər - Hekayələr
10.09.2017 56
Bir gün düşərəmsə yadına sənin

Məni məndən soruş, özgədən deyil

Bilmək istəsən ki, hardayam, necə

Məni məndən soruş, özgədən deyil



Soruşma özgədən, soruşma yaddan

Gizlicə soruşma, axtarma məni

Gözlərim gözünə baxanda soruş.

Məni məndən soruş, özgədən deyil



Bir sabah düşəcəm yadına sənin

Açılan sabahdan soruşma məni

Mən sənə, sevgilim, yad deyiləm ki,

Məni məndən soruş, özgədən deyil



Aldanma hər sözə, uyma kimsəyə

Soruşma kimsədən soruşma məni

Kimsə bilməyir ki, sənə sevgimi

Məni məndən soruş, özgədən deyil...

 

Xuraman Vəfaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!