Unudacam...

Unudacam...
Şeirlər - Hekayələr
10.09.2017 7
Çox peşman olsam da sevmişəm səni,

Sevgini ürəkdən danmaq olmayır.

Ümidin, inamın itəndən sonra,

Bir də eşq oduna yanmaq olmayır.



İndi sənin ilə yaşananları,

Bir- bir yada salıb xatırlayıram.

Sənli günlərimin xatirələrin

Ömür kitabında varaqlayıram.



Ən böyük səhvimdir səni sevməyim,

Gərək sənə belə inanmayaydım.

Dərdindən ölürəm deyən dilinə,

Şirin vədlərinə aldanmayaydım.



Neyləyim, zənnimdə yanılsam da mən,

Birtəhər özümü dilə tutacam.

Bu sevən qəlbimə qara daş basıb,

Səni urəyimdən silib atacam.



Sonra xəyal qurub xeyallarimla,

Üz-üzə, göz-gözə oturacağam.

Necə sevmişdimsə bir zaman səni,

Sevdiyim kimi də unudacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!